Ana Sayfa > Karusel / Hadisə > Şamaxıda qəza: sürücü və 3 bacı xəsarət aldı

Şamaxıda qəza: sürücü və 3 bacı xəsarət aldı


9-07-2017, 21:40. Yazar: Xeberaz
Şamaxıda qəza: sürücü və 3 bacı xəsarət aldı
Şamaxı rayonunda 4 nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə bu gün günorta saatlarında Şamaxı-Əngəxaran avtomobil yolunda qeydə alınıb.
Şamaxı şəhər sakini, 1962-ci il təvəllüdlü İmamverdiyev Elşad İqbal oğlunun idarə etdiyi “10-CX-527” dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdən gələn “56-BC-645” dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı sürücü Elşad İmamverdiyev və sərnişinləri, Şamaxı şəhər sakinləri olan 3 bacı, 1960-cı il təvəllüdlü Məmmədova Rahilə Abdurrəhim qızı, 1955-ci il təvəllüdlü Əhmədova Minəxanım Abdurrəhim qızı və 1966-cı il təvəllüdlü Mədətova Hicran Abdurrəhim qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
Geri dön