Ana Sayfa > Karusel / Hadisə > Nərimanovda qızlara hücum edib onları döydülər

Nərimanovda qızlara hücum edib onları döydülər


9-07-2017, 21:27. Yazar: Xeberaz



Bakıda küçədə gənc qızları döyüblər.Nərimanov rayon Polis İdarəsinə müraciət edən 29 yaşlı Günel, 25 yaşlı Ayşən və 29 yaşlı Vüsalə adlı 3 qız Qayıbov küçəsi 2090-cı məhəllədə tanımadıqları şəxslərin hücumuna məruz qaldıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, gecə saatlarında 2 oğlan onlara yaxınlaşıblar və daha sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman həmin şəxslər qadınlara zərbələr endirərək onlara qarşı xuliqanlıq ediblər.
 
Müraciət əsasında araşdırma aparılır.


Geri dön