Ana Sayfa > Karusel / Gündəm / M2 > Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq


9-07-2017, 17:05. Yazar: Xeberaz

Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir.






Geri dön