Ana Sayfa > Karusel / İdman > "Ayaks"ın futbolçusu oyun zamanı huşunu itirib - VİDEO

"Ayaks"ın futbolçusu oyun zamanı huşunu itirib - VİDEO


9-07-2017, 10:27. Yazar: Xeberaz

Amsterdamın "Ayaks” futbol komandasının oyunçusu Əbdülhaq Nuri yoldaşlıq görüşü zamanı huşunu itirib və həkimlər tərəfindən təcili helikopterlə xəstəxanaya çatdırılıb.
İnsident oyunun 72-ci dəqiqəsində baş verib. Özünü qəfil pis hiss edən futbolçu qazonun üzərinə uzanıb və huşunu itirib. 20 yaşlı idmançı xəstəxanaya helikopterlə çatdırılıb.
Ürək ritminin pozulması diaqnozu qoyulub. İdmançı komaya salınaraq süni nəfəs aparatına qoşulub. Hazırda yarımmüdafiəçinin həyatına təhlükə yoxdur.

Geri dön