Ana Sayfa > Karusel / Maraqlı / Xəbəraz TV > Azərbaycanlı fəhlənin möhtəşəm ifası - VİDEO

Azərbaycanlı fəhlənin möhtəşəm ifası - VİDEO


8-07-2017, 12:39. Yazar: Xeberaz
 
Azərbaycanda fəhlələrdən birinin ifası sosial şəbəkələrdə böyük maraq doğurub.
Həmin şəxs iş prosesindəki fasilə zamanı muğam ifa edib. Onun möhtəşəm ifası sosial şəbəkə istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib, özü də bilmədən internetdə populyarlıq qazanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, möhtəşəm ifası ilə ürəkləri riqqətə gətirən bu şəxs Saday adlı qarabağlıdır.
Sözügedən görüntüləri Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədova da təqdim edərək onun fikirlərini öyrəndik: "İfa "Bayatı-Qacar" muğamı üstündə təqdim olunub. Əvvəldə iki-üç dəqiqə şeir formasında səsləndirib, sonradan tanınmış qəzəlxan Hacı Mailin "Vətəndir" qəzəlini ifa edib. Hiss olunur ki, o, peşəkar xanəndələrə həmişə diqqətlə qulaq asıb".
Video: "Yeni Avaz"

Geri dön