Ana Sayfa > Karusel / Siyasət / Dünya > Tramp Putinlə görüşün mükəmməl keçdiyini açıqlayıb

Tramp Putinlə görüşün mükəmməl keçdiyini açıqlayıb


8-07-2017, 12:33. Yazar: Xeberaz


ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammiti çərçivəsində görüşünün mükəmməl keçdiyini açıqlayıb.
 
Apa-nın məlumatına görə, bu barədə “France-Presse” Agentliyi məlumat yayıb.
 
Bildirilir ki, D.Tramp bu barədə Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşündə deyib.
 
Qeyd edək ki, iki ölkə liderinin Hamburqda keçirilən görüşü 2 saat yarım davam edib.
 
Rusiya prezidenti Vladimir Putin görüşdə kibertəhlükəsizlik, terrorla mübarizə, Suriya və Ukrayna böhranlarının müzakirə olunduğunu açıqlayıb.
Geri dön