Ana Sayfa > Karusel / Gündəm > Sabahın HAVAsı

Sabahın HAVAsı


7-07-2017, 12:54. Yazar: Xeberaz


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xəbəraz.Az-a verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun yarımadada gecə 20-24°, gündüz 27-32° isti, Bakıda gecə 21-23°, gündüz 29-31° olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin yaratdığı nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İyulun 7-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
Geri dön