Ana Sayfa > Karusel / İdman > "İnter" növbəti mərhələdə!

"İnter" növbəti mərhələdə!


6-07-2017, 23:31. Yazar: Xeberaz

UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.
Azərbaycanın bu mərhələdəki hər iki təmsilçisi cavab oyununa çıxıb.
Bakı klubları "İnter"lə "Zirə" fərqli məkanlarda, amma eyni saatda raundu keçməyə çalışıblar. Hər iki komanda matça ilk oyunda əldə etdiyi üstünlüklə başlayıb.
Avrokubok təcrübəsi daha çox olan "İnter"in işi nisbətə daha san idi. Zaur Svanadzenin yetirmələri bir mövsümlük fasilədən sonra qayıtdığı Avropa səhnəsində mərhələni keçə bilib. 
Serbiyada "Mladost"un avrokubok debütünü korlayan "İnter" rəqib meydanındakı 3:0 hesablı qələbənin təsadüf olmadığını sübut edə bilib. İki cavabsız qolla qələbə qazanan bakılılar ümumi hesabda 5:0 hesablı qələbə ilə ikinci mərhələyə yüksəlib.
Komandanın bu mərhələdəki rəqibi Lüksemburq təmsilçisi "Fola" olacaq.
Geri dön