Ana Sayfa > Karusel / İdman > UEFA-dan “Zirə”yə xüsusi icazə

UEFA-dan “Zirə”yə xüsusi icazə


6-07-2017, 21:50. Yazar: Xeberaz



"Zirə" "Differdanj"la oyuna qara sarğı ilə çıxıb.
Klub rəhbərliyi matçın UEFA nümayəndəsinə ötən gün Füzuli rayonunda baş verən faciə nəticəsində həyatını itirən 2 yaşlı Zəhra və onun nənəsinin xatirəsinə oyuna qara sarğıyla çıxmaq üçün müraciət edib.
 
Bu barədə qitənin ali futbol qurumunu məlumatlandıran UEFA nümayəndəsi qarşı tərəfdən razılıq alındığını bildirib.
 
UEFA yalnız "Zirə" komandasına oyuna qara sarğıyla çıxmağa icazə verib.
Geri dön