Ana Sayfa > Karusel / Şou-Biznes > Sinan Akçıl və Hadisə yenidən sevgili olacaq?

Sinan Akçıl və Hadisə yenidən sevgili olacaq?


6-07-2017, 20:26. Yazar: Xeberaz

Müğənni Sinan Akçılın son günlər etdiyi paylaşımlar çoxlarını təəccübləndirib.
Həmkarı Otilia ilə sevgi yaşayan Akçıl İnstagram-da "Ətrafımda mənə aşiq olanları görməzdən gəlirdim. Yaxşı deyiləm sənsiz. "Arada-sırada ağlıma gəlir" demişdim bir dəfə. Sonra gəlməməyə başladı" yazıb.
O, daha sonra 2011-ci ildə Bengü üçün yazdığı "Saat 3" mahnısının sözlərini paylaşıb:
"Bir zamanlar 3-də söz verib və gəlmədiyim bir insana yazmışdım, bağışlasın".
Sinanın bu sözləri onun bir zamanlar sevgili olduğu Hadisəni unutmaması kimi qələmə verilib. Onun bu paylaşımları Hadisəyə ünvanladığı deyilir. Maraqlıdır ki, media Hadisənin də onu unutmadığını dəfələrlə yazıb.
Geri dön