Ana Sayfa > Karusel / Hadisə > Daha bir ana doğuşdan sonra öldü...

Daha bir ana doğuşdan sonra öldü...


6-07-2017, 17:13. Yazar: Xeberaz
Daha bir ana doğuşdan sonra öldü...
Bu gün Bakıda Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında ana ölümü baş verib.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Trend-ə bildirib ki, 19 yaşlı Nemətova Aysel bu gün səhər saatlarında dünyasını dəyişib. Bu, onun ilk hamilələyi olub.
S.Məmmədova qeyd edib ki, A.Nemətovanın dünyaya gətirdiyi oğlan uşağı tam sağlamdır:
“Uşaq 3 kq 700 qram çəki ilə dünyaya gəlib. Uşaq salamatdır. Ananın özündə isə ağır formalı preeklampsiya xəstəliyi ( hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlik) olub".
Baş mama-ginekoloq əlavə edib ki, qadın zahılıq dövrünün 5-ci sutkasında dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır:
“Bizə araşdırmanın nəticəsi təqdim edildikdən sonra lazımi təhlilləri aparacağıq və bundan sonra da rəy verə bilərik”.
S.Məmmədova qeyd edib ki, bu, 2017-ci il ərzində baş verən 11-ci ana ölümüdür.
Baş mama-ginekoloq builki ana ölümlərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, eyni olduğunu da söyləyib.
Səhiyyə Nazirliyindən isə Trend-ə bildirilib ki, A.Nemətovanınn meyitinin ilkin müayinəsi keçirilib. Məlum olub ki, qanxama baş verdiyindən A.Nemətovanın uşaqlığı əməliyyatla götürülüb. A.Nemətova komada olub, daha sonra isə dünyasını dəyişib.
Geri dön