Ana Sayfa > Karusel / Siyasət / Dünya > İrəvanda Azərbaycan uşaqlarını bundan sonra da öldürməyə söz verirlər

İrəvanda Azərbaycan uşaqlarını bundan sonra da öldürməyə söz verirlər


5-07-2017, 20:19. Yazar: Xeberaz

Erməni tərəfinin həyasızlığı sərhəd bilmir. İkiyaşlı azərbaycanlı qızın qətlini İrəvanda artıq "Ermənistanın görünməmiş zərbəsi" adlandırırlar və indi orada fərziyyələr irəli sürürlər ki, bundan sora nə olacaq.
Azərbaycana təklif edirlər (!) ki, sonrakı eskalasiyalar və itkilər olmasın deyə, Vyana və Sankt-Peterburq razılaşmaları adlandırılan sazişlərin icrasına razılıq versin.
Xəbəraz.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bəyan edib.
"Lraqir"in müşahidəçisi Akop Badalyan qeyd edir ki, Balayanın bəyanatında Ermənistan Xarici İşlər Nazirliyinin əvvəlki reaksiyalarının fonunda görünməmiş müəyyən hücum elementlərini qeyd etmək olar, hansı ki, Azərbaycana təkcə ordu səviyyəsində deyil, həm də Xarici İşlər Nazirliyi səviyyəsində hücumu nəzərdə tutur.
Sonra Badalyan, Balayanın sözlərinə istinadən, qeyd edir ki, Azərbaycan belə zərbələri, hadisələrin araşdırılmasının beynəlxalq mexanizmlərinin yerləşdirilməsi haqqında təkliflə razılaşmayacağı təqdirdə yenə alacaq.
"Yəni mətnaltı Azərbaycana hərbi-siyasi təzyiqin bu xüsusi təzahürü" çatdırılır. Başqa sözlə, hədəf kimi Ermənistan Azərbaycan uşaqlarından və qadınlardan istifadə edəcək.
Badalyan uşağı öldürmüş erməni hərbçilərinin hərəkətlərini "adekvat" adlandırır və bu, onun sözlərinə görə, "xüsusi diplomatik səylərin davamdır".
Geri dön