Ana Sayfa > Karusel / İdman / Foto-fakt > "Real Madrid"in ulduzu "Beşiktaş"a keçdi - FOTO

"Real Madrid"in ulduzu "Beşiktaş"a keçdi - FOTO


5-07-2017, 14:37. Yazar: Xeberaz


Pepenin “Beşiktaş”a gözlənilən transferi baş tutub. Apasport.az saytının məlumatına görə, “qara qartallar” portuqaliyalı oyunçu ilə rəsmi müqaviləyə imza atıblar.
 
Komandaya azad agent kimi qoşulan Avropa çempionatının son qalibi ilə 2 illik müqavilə imzalanıb.
 
Oyunçuya imza pulu olaraq 3 milyon avro ödənəcək. Ulduz müdafiəçinin iki illik maaşı isə 3 milyon 350 min avro olacaq. Əgər Pepe bir mövsümdə 35 oyunda meydana çıxsa, əlavə 350 min, “Beşiktaş”ın çempion olması təqdirində isə əlavə 250 min avro daha qazanacaq.
 
Qeyd edək ki, “Real”dan ayrıldıqdan sonra bir çox klubların hədəfində olan Pepe xüsusən PSJ-nin təklifindən imtina edib.
 





Geri dön