Ana Sayfa > Karusel / Dünya / Maraqlı / M2 / Foto-fakt > Soçidə fövqəladə vəziyyət elan edilib - FOTO

Soçidə fövqəladə vəziyyət elan edilib - FOTO


26-06-2015, 14:56. Yazar: Xeberaz
Soçidə fövqəladə vəziyyət elan edilib - FOTO
Xilasetmə əməliyyatları keçirilir.

Soçi şəhərinin Adler və Xostinski rayonlarında leysan yağışların yaratdığı daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib.

Xeberaz.az n APA-ya istinadən verdiyi xəbərə görə, fövqəladə vəziyyət Soçinin meri Anatoli Paxomovun göstərişi əsasında tətbiq edilib. Sakinlərə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunub.

“Adler və Xostinski rayonlarında xilasetmə əməliyyatları keçirilir. FHN-in texnikası və canlı qüvvəsi Kudepsta, Mirnıy, Verxneye Blinovo, Kepşa, Çaysovxoz qəsəbələrində təbii fəlakətin fəsadlarının aradan qaldırır”, deyə yerli KİV-lər qeyd edir. .

İlkin məlumata görə, fövqəladə vəziyyət iyunun 26-dək davam edəcək.

Qeyd edək ki, daşqın nəticəsində şəhərin küçələrində nəqliyyatın hərəkəti məhdudlaşıb. Elektrik enerjisinin və içməli suyunun verilişində məhdudiyyətlər yaranıb. Hava əlaqəsi də müvəqqəti dayandırılıb.

















Geri dön