Ana Sayfa > Karusel / Gündəm > “Qızımın intiqamını alacağam” - 2 yaşlı Zəhranın atası

“Qızımın intiqamını alacağam” - 2 yaşlı Zəhranın atası


5-07-2017, 11:32. Yazar: Xeberaz
“Qızımın intiqamını alacağam” - 2 yaşlı Zəhranın atası
“Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar”.

Bunu açıqlamasında bu gün axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.
O, erməni işğalçılarından anasının və qızının intiqamını alacağını söyləyib: “Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.
(AzVision.az)
Geri dön