Ana Sayfa > Karusel / İdman > Ürəyi “Qarabağ”da!

Ürəyi “Qarabağ”da!


4-07-2017, 16:52. Yazar: Xeberaz

“Qarabağ”ın yaxın günlərdə rəsmən transferini açıqlayacağı Yakub Rzejniçak ölkəmizə tək gəlməyəcək. Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, “Legiya”nın sabiq kapitanı ailəsini də özü ilə gətirəcək.
 
Rzejniçakın “Qarabağ”la anlaşmasından sonra polşalı həmkarlarımız onun həyat yoldaşı Edita Zayaç-Rzejniçakın da gələcək taleyi ilə bağlı araşdırma aparıblar. Tanınmış model indi özünə yeni karyera qurmalı olacaq. Yakubun transferindən sonra Azərbaycan Edita üçün yeni çağırış hesab olunur.

Polşa KİV-i yığmanın üzvündən çox onun xanımına görə narahatdı. Belə ki, həmkarlarımız müxtəlif vaxtlarda işi ilə əlaqədar Nyu-York, Milan və Londonda yaşamış 29 yaşlı Polşa gözəlinin Bakıya uyğunlaşıb-uyğunlaşmayacağını maraqla gözlədiklərini vurğulayıblar.

Qeyd edək ki, 2012-ci ildə tanış olan cütlük ötən ilin iyun ayında ailə həyatı qurub. Edita Zayaç-Rzejniçak 2014-cü ildə “Miss Polşa” yarışının finalına yüksəlib.
 








Geri dön