Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Foto-fakt / Xəbəraz TV > Bakıda seksual manyak tutuldu - Polislər insanların əlindən güclə aldılar - YENİLƏNİB - VİDEO - FOTO

Bakıda seksual manyak tutuldu - Polislər insanların əlindən güclə aldılar - YENİLƏNİB - VİDEO - FOTO


3-07-2017, 14:18. Yazar: Xeberaz
 

Xırdalan şəhərində azyaşlı uşaqlara təcavüz edən manyakın fotosu yayılıb. 
Xəbəraz.Az-ın missiya.az-a istinadən məlumatına görə, həmin şəxs altı yaşlı uşağa təcavüz etmək istəyərkən tutularaq ətrafdakı insanlar tərəfindən döyülüb.
Sakinlər tərəfindən döyülən şəxs əraziyə gələn polis əməkdaşları tərəfində şöbəyə aparılıb. 
Məlumata görə, Xırdalan şəhəri Heydər Əliyev prospektində binalardan birinin həyətində 7 yaşlı uşağa qarşı seksual xarakterli hərəkət edərkən sakinlər tərəfindən yaxalanan 1979-cu il təvəllüdlü Buqurov İbrahim Xankərəm oğlu əvvəllər məhkumluq həyatı yaşayıb. Həmin gün polisin linç edilməkdən qurtardığı şəxs dərhal məhkəməyə aparılıb və barəsində istintaq dövrü üçün 2 aylıq həbs-əqtimkan tədbiri seçilib. Onun barəsində Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş başlanılıb.
Bu arada məlum olub ki, seksual manyakla bağlı Abşeron rayon Polis İdarəsinə Xırdalan sakini olan 3 nəfər tərəfindən müraciət daxil olub. Onlar manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər.
Qeyd edək ki, seksual manyakın tutulmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 
----------
12:05
Abşeron rayonunda müxtəlif vaxtlarda dörd azyaşlı qız uşağına qarşı seksual xarakterli hərəkət edən manyak saxlanılıb.
Rayonun Xırdalan şəhərində polis əməkdaşları Hökməli qəsəbə sakini 38 yaşlı İbrahim Buqurovu tutub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Qeyd edək ki, İ.Buqurov zərərçəkən azyaşlıların valideynlərinin şikayəti əsasında saxlanılıb. 





Geri dön