Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Foto-fakt > Kürdə boğulan polisin - Fotosu + yenilənib

Kürdə boğulan polisin - Fotosu + yenilənib


3-07-2017, 14:14. Yazar: Xeberaz
Kürdə boğulan polisin

Xəbər verdiyimiz kimi, peşə bayramlarını qeyd edən gənc polislər çimərkən boğularaq faciəvi şəkildə həlak olublar.
"Xəbəraz.Az" FHN-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi dünən saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Xatırladaq ki, üç polis peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub.
***
"Xəbəraz.Az" big.az-a istinadən Şahlar Mamayevin fotosunu təqdim edir:
 



Geri dön