Ana Sayfa > Karusel / Gündəm > Əsl dəniz HAVAsı
Əsl dəniz HAVAsı3-07-2017, 13:06. Yazar: Xeberaz |
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 22-27, gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında İyulun 04-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Geri dön |