Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV / Məşhurların Taleyi > Nüşabə Ələsgərli ağladı: “Allah mənə dərd verdi” - VİDEO

Nüşabə Ələsgərli ağladı: “Allah mənə dərd verdi” - VİDEO


3-07-2017, 12:54. Yazar: Xeberaz


“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb.Xəbəraz.Az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı əməkdar artist Nüşabə Ələsgərli olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. O, sənətə ilk addımlarından danışıb: “Mən ilk dəfə efirə Cahangir Cahangirovun bəstəsi olan “Məni atdın ay qız” mahnısını iofa edərək gəlmişəm. Həmin bəstəni Rafiq Bababyev aranjiman etmişdi. O vaxt AzTV-də gecə verilişində həmin mahnını oxudum. Həmin vaxt məni bir az tanıyırdılar. Daha sonra 1994-cü ildə “Ay ləli yar” mahnısını oxudum, bu mahnıdan sonra məni bayırda hamı tanıdı. Və beləcə sevilməyə başladım”.


Daha sonra anasının və bacısının ölümündən danışan müğənni göz yaşlarına hakim ola bilməyib: “Mənim hər zaman problemlərim olub. Gözümü açandan zəhmətkeş qarışqa olmuşam. Problemsiz günüm yox idi. Heç bir zaman dərdim olmayıb. Daha sonra Allaha mənə dərd verdi. Anam, bacım dünyasını dəyişdi”.

Geri dön