Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > SOCAR və "Qazprom" Rusiyadan Azərbaycana qaz ixracını müzakirə etdi

SOCAR və "Qazprom" Rusiyadan Azərbaycana qaz ixracını müzakirə etdi


2-07-2017, 19:57. Yazar: Xeberaz

Bu gün Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Qazprom" şirkətinin  rəhbəri Aleksey Miller arasında görüş keçirilib.
Xəbəraz.Az apa-ya istinadən xəbər verir ki, bu barədə "Qazprom" Şirkətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.
 
Qeyd edək ki, "Qazprom" 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, "Şahdəniz" yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb. 
Geri dön