Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakının mərkəzində yanğın: qadın xəstəxanalıq oldu

Bakının mərkəzində yanğın: qadın xəstəxanalıq oldu


26-06-2015, 11:46. Yazar: Xeberaz
Bakının mərkəzində yanğın: qadın xəstəxanalıq oldu
Bakıda xəsarətlə nəticələnən yanğın qeydə alınıb. Lent.az-dan Xeberaz.az saytina daxil olan məlumatına görə, iyunun 25-də saat 14:30 radələrində, Novruzov qardaşları küçəsi ev 3 saylı ünvanında vətəndaş Əliyev Arif İbrahim oğluna məxsus bir mərtəbəli həyət tipli mənzilin hamamında qazdan yanğın başlayıb. Hadisə nəticəsində mənzildə yaşayan 1981-ci il təvəllüdlü vətəndaş Əliyeva Sürayyə Arif qızı yanıq xəsarətləri alaraq 5 saylı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön