Ana Sayfa > Karusel / Hadisə / Dünya > ABŞ-da gecə klubunda atışma, 17 nəfər yaralanıb

ABŞ-da gecə klubunda atışma, 17 nəfər yaralanıb


1-07-2017, 21:57. Yazar: Xeberaz


ABŞ-ın Arkanzas ştatında gecə klubunda baş verən atışma zamanı ən azı 17 nəfər yaralanıb.
Xəbəraz.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, iyulun 1-də, Fox News telekanalı məlumat yayıb.
İnsident zamanı ölən olmayıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Polisdən bildiriblər ki, Litl Rok şəhərində gecə klubunda insanlara atəş açan şəxsin kimliyi hələlik müəyyən olunmayıb.
Geri dön