Ana Sayfa > Karusel / Gündəm / Hadisə > İlham Əliyev icra başçısını bu səhvinə görə cəzalandırıbmış

İlham Əliyev icra başçısını bu səhvinə görə cəzalandırıbmış


1-07-2017, 17:43. Yazar: Xeberaz
İlham Əliyev icra başçısını bu səhvinə görə cəzalandırıbmış

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin münasibəti barədə Azərtac-a açıqlama verib.
Məlumata görə, Əli Həsənov deyib ki, hələ aprel ayında Prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub.
Komissiyanın qənaətinə uyğun olaraq, İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib.
Əli Həsənov onu da bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılmış, müvafiq tikinti işlərinə başlanıb.
Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.
Geri dön