Ana Sayfa > Karusel / Texnologiya > “Facebook”dan daha bir YENİLİK

“Facebook”dan daha bir YENİLİK


1-07-2017, 17:16. Yazar: Xeberaz
"Facebook” sosial şəbəkəsinə yaxınlıqda "Wi-Fi” şəbəkəsi olduğunu göstərən yeni funksiya əlavə olunur. Şirkət rəsmilərinin sözlərinə görə, bu hələ ki, iPhone və Android əməliyyat sistemlərinə malik telefonlarda mümkün olacaq.
Bu barədə şirkət rəsmiləri məlumat verib.
"Wi-Fi axtar” funksiyası dünyanın bir neçə ölkəsində sınaqdan keçirilib. Məlum olub ki, bu mobil rabitə üzərindən internetin zəif olduğu yerlərdə olduqca gərəklidir”, - deyə mənbə bildirir.
Bu funksiya xəritədə və ya siyahıda ən yaxın şirkət və təşkilatlarda mümkün simsiz rabitənin mövcudluğu göstərir. Yeni funksiya menyu bəndində əlavədə yerləşdiriləcək.

Geri dön