Ana Sayfa > Karusel / Hadisə > Ötən gün dənizdən batan ikinci şəxsin kimliyi məlum olub

Ötən gün dənizdən batan ikinci şəxsin kimliyi məlum olub


1-07-2017, 14:05. Yazar: Xeberaz


Daxili İşlər Nazirliyi (DİN) ötən gün dənizdə boğulan şəxslər barədə məlumat yayıb.


Apa-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Bakı şəhər sakinləri Hüseyn Rəhimov və Səbinə Abıyeva Suraxanı rayonunun Hövsan qəsəbəsindəki dəniz çimərliyində boğulublar. H.Rəhimovun meyiti sudan çıxarılıb, S.Abıyevanın meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, iyunun 30-da FHN hadisə barəsində məlumat yayıb. Məlumata görə, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Geri dön