Ana Sayfa > Karusel / Hadisə / M2 > Qazaxıstanda həmyerlisinə sui-qəsddə ittiham olunan azərbaycanlı qardaşlar tutuldu

Qazaxıstanda həmyerlisinə sui-qəsddə ittiham olunan azərbaycanlı qardaşlar tutuldu


26-06-2015, 11:16. Yazar: Xeberaz
Qazaxıstanda həmyerlisinə sui-qəsddə ittiham olunan azərbaycanlı qardaşlar tutuldu

Qazaxıstan paytaxtında həmyerlisinə sui-qəsd törətməkdə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Xeberaz.az “newtimes.kz” saytına istinadən verdiyi xəbərə görə, Astana Daxili İşlər Departamentinin (DVD) əməkdaşlarının Kostanay vilayətinin DVD əməkdaşları ilə birgə iyunun 24-də keçirdiyi əməliyyat-axtarış tədbirlərini nəticəsində sui-qəsd törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Saxlanılan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olan 26 və 28 yaşlarında iki qardaşdır.

Xəbərdə deyilir ki, iyun ayının 21-də gecə saatlarında xəstəxanaya oldu silahla yaralanmış, 40 yaşlarında Azərbaycan vətəndaşının yerləşdirildiyi barədə Almatı rayon Daxili İşlər İdarəsinə məlumat daxil olub.

“Məlum olub ki, iyunun 18-də zərərçəkmişlə saxlanılan şəxslər arasında münaqişə baş verib. İyunun 21-də isə saxlanılan şəxslər zərərçəkmişin evi önündə ona odlu silahdan iki dəfə atəş açaraq hadisə yerindən qaçıblar”, - deyə məlumatda bildirilir.

Fakt üzrə “dələduzluq” və “sui-qəsd” maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalar davam edir.
Mənbə: APA
Geri dön