Ana Sayfa > Karusel / Siyasət / Dünya > Qətərə 72 saat vaxt verildi - 4 ölkə sərhədə ordu toplayır

Qətərə 72 saat vaxt verildi - 4 ölkə sərhədə ordu toplayır


1-07-2017, 12:54. Yazar: Xeberaz
Qətərə 72 saat vaxt verildi - 4 ölkə sərhədə ordu toplayır
Körfəz ölkələri Qətərə qarşı yeni həmləyə hazırlaşır.
Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin tələblərini 72 saat ərzində yerinə yetirməyəcəyi təqdirdə, ona qarşı bəzi tədbirlər həyata keçiriləcək.
Misir mətbuatında yer alan xəbər görə, həyata keçiriləcək tədbirlər arasında iqtisadi sanksiyaların genişləndirilməsi, Qətərin Körfəz Əməkdaşlıq Şurası ölkələrindəki investisiyalarının dondurulması da var.
Bununla yanaşı, 4 ölkənin bölgədə coğrafi baxımdan Qətərə ən yaxın yerdə yerləşən Bəhreyndə hərbi baza qurmaq niyyəti var. Bu baza qurularsa, Misir ilk dəfə Körfəz bölgəsində hərbi gücə sahib olacaq.


Geri dön