Ana Sayfa > Karusel / Hadisə > Bakıda qız və oğlan dənizdə batdı - YENİLƏNİB

Bakıda qız və oğlan dənizdə batdı - YENİLƏNİB


30-06-2017, 17:01. Yazar: Xeberaz


Bakıda dənizdə batan şəxslərin qız və oğlan olduğu məlum olub.
Xəbəraz.Az bildirir ki, bu barədə Apa-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib.
 
Onların şəxsiyyəti hələlik məlum deyil.
 
Axtarışlar davam etdirilir.
-----------
16:29
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
Xəbəraz.Az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.
 
Əlavə məlumat veriləcək.
Geri dön