Ana Sayfa > Karusel / Hadisə > Ucarda asılmış halda tapılan uşağın ölümünün səbəbi məlum olub - YENİLƏNİB

Ucarda asılmış halda tapılan uşağın ölümünün səbəbi məlum olub - YENİLƏNİB


30-06-2017, 11:51. Yazar: Xeberaz


Ucarda 10 yaşlı uşağın ölümünün səbəbi məlum olub.
 
Rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, V. Quliyev ağacda quraşdırılmış yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb və uşaq boğularaq ölüb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
 
***
 
saat 11.16
 
Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb.Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpı kəndində baş verib.
 
Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Geri dön