Ana Sayfa > Karusel / Maraqlı > "Mercedes"in geri çağırdığı avtomobillər Azərbaycana gətirilib? - AÇIQLAMA

"Mercedes"in geri çağırdığı avtomobillər Azərbaycana gətirilib? - AÇIQLAMA


29-06-2017, 19:16. Yazar: Xeberaz

Azərbaycana sükan mexanizmində qüsurlar olan "Mercedes-Benz" avtomobilləri gətirilməyib.
Xəbəraz.Az bildirir ki, bunu trend-ə "Daimler AG" şirkətinin "Mercedes" avtomobilləri üzrə baş nümayəndəliyi "AvtoKapital Azərbaycan" MMC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, sifarişlərdən asılı olaraq hər ölkəyə müxtəlif partiya avtomobillər tədarük edilir:
"Azərbaycana bu partiyalardan avtomobil gətirilməyib, ona görə də "Mercedes" markalı avtomobillərin geri çağırılması gözlənilmir".
Qeyd edək ki, "Mercedes-Benz" şirkəti sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədar Rusiyadan 3500-ə yaxın avtomobili geri çağırıb.
Geri çağırılma 2012-ci ildə satılan C sinif və 2013-14-cü illərdə satılan G sinif avtomobillərə şamil olunur.
Geri dön