Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Nadir Qafarzadə: “Yalan oldu ümidlərim” - VİDEO

Nadir Qafarzadə: “Yalan oldu ümidlərim” - VİDEO


29-06-2017, 15:39. Yazar: Xeberaz


Bir müddət öncə İstanbula istirahətə yollanan müğənni Nadir Qafarzadə Azərbaycana qayıdıb. Xəbəraz.Az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsus “Yalan oldu ümidlərim” adlı mahnını fərqli üslubda dinləyicilərin ixtiyarına verib: “Şou-biznesin səs-küyündən, dedi-qodusundan baş götürüb, ailəmlə birgə İstanbula istirahətə getmişdim. Mənim üçün ən gözəl istirahət ailəmlə birgə keçirdiyim dəqiqələrdir. İstirahətdən qayıdar-qayıtmaz yaradıcılıq işlərimə start verdim. “Yalan oldu ümidlərim” adlı mahnımı çoxdan yazdırsam da, indi mətbuata təqdim edirəm. Musiqi ilə, sözləri çox ürəyimcədir. Sözlər həyatda yaşadıqlarımın nəticəsidir”.

Geri dön