Ana Sayfa > Karusel / Gündəm > Dünyanın ən güclü ordularının YENİ REYTİNQİ - Azərbaycan neçənci yerdədir?

Dünyanın ən güclü ordularının YENİ REYTİNQİ - Azərbaycan neçənci yerdədir?


29-06-2017, 11:39. Yazar: Xeberaz

 Global Firepower analitik mərkəzi dünya ölkələri ordularının gücünə görə yeni reytinqini açıqlayıb.
Reytinq siyahısında 132 ölkə yer alıb. Məlumata görə, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan birinci yerdə qərarlaşıb. Belə ki, 132 ölkə arasında Azərbaycan 59, Gürcüstan 80, Ermənistan isə 95-ci yerdədir. İlk beşlikdə isə ABŞ, Rusiya, Çin, Hindistan və Fransa yer alıb. Qardaş Türkiyə 8-ci, İran isə 20-ci yerdə qərarlaşıb. Qeyd edək ki, reytinq 50 amil əsasında hazırlanır. Bura ordunun quru və havada döyüş qabiliyyəti əsas götürülür. Eyni zamanda əsgər sayı, hərbi büdcə, yerləşdiyi bölgəyə diqqət yetirilir.

Geri dön