Ana Sayfa > Karusel / Hadisə > Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundular

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundular


29-06-2017, 10:09. Yazar: Xeberaz

Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Xeberaz.Az FHN-ə istinadən xəbər verir ki, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. 



Geri dön