Ana Sayfa > Karusel / Hadisə > Bakının əsas prospektində 4 maşın toqquşdu: xəsarət alanlar var - YENİLƏNİB

Bakının əsas prospektində 4 maşın toqquşdu: xəsarət alanlar var - YENİLƏNİB


29-06-2017, 09:59. Yazar: Xeberaz


 
Bakıda dörd avtomobil toqquşub.
 
Heydər Əliyev prospektində “Günəş” şadlıq sarayının qarşısında “Mercedes” markalı, 10 NB 939 dövlət nömrə nişanlı, “Mercedes” markalı, JR 797 AZTR 17 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı, 90 HG 903 dövlət nömrə nişanlı, “Mercedes” markalı, 02 BJ 056 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
 
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.
 
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
 
 
***
 
09:35
 
 
Bakıda yol qəzası baş verib.
 
Paytaxtın Heydər Əliyev prospektində "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.
 
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
 
Xəsarət alanların olduğu bildirilir.apa




Geri dön