Ana Sayfa > Karusel / Maraqlı / M2 / Ekskluziv > Qaynadılmış yumurtanın suyunu əsla tökməyin!

Qaynadılmış yumurtanın suyunu əsla tökməyin!


28-06-2017, 23:43. Yazar: Xeberaz

Yumurta tərkibindəki zülal və kalsium baxımından olduqca zəngin qidadır. Qaynadılan yumurtanın suyunun isə həm sağlıq, həm də gündəlik istifadə baxımından müxtəlif faydaları vardır. Xəbəraz.Az sizə həmin faydaları təqdim edir yəqinki bu məlumatlardan sonra bir daha qaynatdığınız yumurtanın suyunu atmaq istəməyəcəksiniz.



Sümük əriməsi və sümük ağrılarına faydalıdır.
Yumurtanı qaynatdığınız suyun içərisində yumurtanın özündə olan kalsiumdan daha çox kalsium olduğu deyilir. Bu səbəblə qaynadılan yumurtanın suyunun sümük əriməsi və sümük ağrısı kimi narahatlıqlara yaxşı təsir etdiyi bildirilir.


Çiçəklərinizi canlandırır
Yumurta suyunun içərisində olan kalsium bitkilər içində olduqca faydalıdır. Adi su yerinə bitkilərinizə tökdüyünüz qaynamış yumurta suyu bitkilərinizi canlandıracaq və yaxşı inkişaf etməsinə səbəb olacaqdır.



Daha canlı və parlaq saçlar

Qaynatdığınız yumurta suyu ilə saçlarınızı durulayın. Bol miqdarda zülal tərkibli yumurta suyu saçlarınızın olduqca canlı görünməsinə köməkçi olur. Xüsusilə də quru saçlar üçün sanki bir dərman effekti verir.



Geri dön