Ana Sayfa > Karusel / Hadisə > Bakıda bağ evinə hücum: evi yandırıb, gözətçini yaraladılar

Bakıda bağ evinə hücum: evi yandırıb, gözətçini yaraladılar


28-06-2017, 13:13. Yazar: Xeberaz


İyunun 27-də saat 2 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək, evi yandırıblar.  Daxili İşlər Nazirliyinin məlumatına görə, İ. Vasin xəstəxanaya yerləşdirilib.
 
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.





Geri dön