Ana Sayfa > Karusel / Səhiyyə > İmmuniteti gücləndirən PULSUZ VASİTƏ

İmmuniteti gücləndirən PULSUZ VASİTƏ


28-06-2017, 11:45. Yazar: Xeberaz
b_520_0_16777215_0___images_stories_Xalqtebateti_xvoya.jpeg
Qışın sonunda və yazın əvvəlində biz daha tez-tez soyuqdəymə və virus xəstəliklərinə tutuluruq.
Bunun əsas səbəbi soyuq fəsillərdə immun sisteminin zəifləməsidir.
Təbiət bizə immun sistemini möhkəmləndirmək üçün bir çox vasitələr bəxş edib. Sizə bu vasitələrdən birini təqdim edirik.
Şam ağacının iynəyarpaqları efir yağları, fitonsidlər, C vitamini ilə zəngindir. Bü maddələr immun sistemini gücləndirir, orqanizmə iltihab və mikrob əleyinə təsir edir.
Termosa 2 x.q. xırda doğranmış iynəyarpaqları (yol kənarlarında bitən ağaclardan yığmayın!) və üzərinə 2 stəkan isti su töküb axşamdan səhərə qədər dəmləyin. Səhər dəmləməni süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla qəbul edin. Dəmləmənin dadını yaxşılaşdımaq üçün ona limon və bal əlavə edin. Hazır dəmləməni soyuducuda saxlayın.
Bu vasitə həmçinin damarları möhkəmləndirir, sakitləşdirir, baş ağrıları azaldır.
Geri dön