Ana Sayfa > Karusel / Siyasət / Dünya > Laricani Rusiyanı müdafiə etdi

Laricani Rusiyanı müdafiə etdi


27-06-2017, 10:14. Yazar: Xeberaz


ABŞ Senatında İran və Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin qəbul edilməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir.
 
Bu sözləri İran parlamentinin spikeri Əli Laricani bəyan edib.
 
“ABŞ-ın birtərəfli qaydada müstəqil dövlətlərə qarşı tətbiq etdiyi özləri sanksiyalar beynəlxalq hüququ, BMT Nizamnaməsini pozur. ABŞ-ın  Rusiya və İran şirkətləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir  və suveren dövlətlərin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir”, deyə Ə.Laricani bildirib.
 
Cənubi Koreyanın paytaxtı Seulda, Avrasiya dövlətləri parlament spikerlərinin iclasında  iştirak edən Ə.Laricani region ölkələrini əsassız qərarların qarşısını almaq üçün, beynəlxalq hüquqa əməl olunmasını təmin edəcək mexanizm yaratmağa çağırıb.


Geri dön