Ana Sayfa > Karusel / Maraqlı / M2 > Sevdiyiniz şəxsdən ayrıldıqdan sonra, acınızı necə unudursunuz?

Sevdiyiniz şəxsdən ayrıldıqdan sonra, acınızı necə unudursunuz?


26-06-2017, 14:51. Yazar: Xeberaz


Ayrılıq acısı həyatınızımı qaraltdı? Aradığınız insan hesab etmişdiniz onu amma siz istəmədiyiniz halda ayrılmaq məcburiyyətində qaldınız. Üzülməyin, tək deyilsiniz. Ayrılıqlar insana həmişə acı verir və zaman ən yaxşı dərmandır. İndi isə gəlin birlikdə oxuyaq ki, ayrılıq acısını tez bir zamanda nece unutmaq olar.


1.Lazımsız bütün münasibətlərə son qoyun.

Bacardığınız qədər ayrıldığınız insandan uzaq durmağa çalışın. Dost-tanışlarınız arasında olanda, o insandan qətiyyən söhbət etməyin və tanışlarınıza da bildirin ki o insandan danışmasınlar. Əyər onunla eyni məclisə düşmüsünüzsə, onda nəzakətcəsinə bir salam verin və orada o insanla çalışın ki, yalnız bir əhatə də qalmayasınız və danışmıyasınız.


2. Sizə keçmişi xatırladan və sizə pis təsir bağışlayan, o insanın sizə verdiyi əşyaları dərhal evinizdən xaric edin.

Hədiyyələr, mesajlar, və s. Bunları ayrıldığınız insane geri qaytarmayın. Maddi dəyəri olmayan əşyaları atın. Satıla biləcək olanları(üzük) satın və ya kimlərəsə bağışlayın. Heç bir şəkildə bu əşyaların sizə geri qayıtmayacağına əmin olun.



3. Dostlarınızla daha da tez-tez əlaqəyaradın və görüşün.

Çətin anlarda dost və ya rəfiqə dəstəyi vacibdir. Amma dostlarınızın yanında ağlamaq üçün deyil əylənmək üçün olun. Çalışın onlarla birlikdə söhbətə qatılasınız və keçmişinizi unudasınız.


4. Yeni ayrılıqdan sonar yeni münasibətə başlamıyın!

Acısını unutmaq üçün bəzən yeni ayrılan insanlar tez yeni münasibətə başlayırlar. Ferz edirlər ki, həm intiqam almış olurlar həmdə dərdlərini beləcə tez unudacaqlar. Amma bu səhv fikirdir! Başqa insanlarla tanış olmaq olar amma başqa insanlarla sevgili kimi münasibət qurmaq bu tamam yalnış bir qərardır. Qəlbinizdə ayrılıq acısı ola-ola düzgün insan tapsanız belə düzgün münasibət qura bilməyəcəksiniz.


5. Əyləncəli və maraqlı işlərlə məşğul olun.

Kitabxanaya baş vurun. Rəqs kurslarına yazılın, oğlansınızsa idmanla məşğul olun. 



6. Ayrıldığnız insanın xoşagəlməyən xüsusiyyətlərini düşünməyə çalışın.

Əyər iki sevən şəxs ayrılıbsa demək ki, bir səbəbi vardır. Ayrılıq acısını insanlar yaşayanda həmişə ‘yaşanan xoşbəxt günləri’ düşünürlər amma bu düşüncənin sizə bir faydası olmaz. Özünüzə “Ayrılmağımız yaxşı oldu, çünki...” deyə bir səhifə yaradın. Və o səhifə də, onun pis xüsusiyyətlərini yerləşdirin. Beləliklə acınızı rahatlaşdıracaq.


7. Tək qalmaqdan qorxmayın!

Dünyanın sonu deyil. Bu, sizin yaşadığınız acıları və sıxıntılı günləri milyonlarla yaşayan insanlar var yer üzündə. Özünüzü yenidən yaxşı hiss edəcəyinizə inanın və gələcəkdə daha da yaxşı insanla tanış olacağınıza ümid edin.


8. Sizə pis təsir edəcək məsələləri ağlınızda və beyninizdə son qomazdan öncə ayrıldığınız insanla dost olmağı qətiyyən düşünməyin.

Ayrılanda "dost qalmaq" bu sadəcə bir nəzakət xətrinə deyilən sözdür. Özünüzə boş yerə əziyyət verməyin. O nadir hallar da olur ki, iki sevgili, iki dosta çevrilir. 

9. Ayrılıq acısını, içki içməklə və ya çoxlu yemək yeməklə unutdurmayın!

Yaşadığınız bu çətin məqamı sağaldan yalnız zamandır. Bu zaman içərisində özünüzə qarşı nəzakətli və səbrli davranın. Ayrılıqdan ötrü özünüzü günahkar hesab etməyin. Bundan böyük örnək götürün ki, gələn dəfə eyni səhvə yol verməyəsiniz.

Geri dön