Ana Sayfa > Karusel / Hadisə > Göygöldə “Opel“ piyadanı vuraraq sürüdü

Göygöldə “Opel“ piyadanı vuraraq sürüdü


25-06-2017, 23:11. Yazar: Xeberaz



Göygöldə mübahisə zamanı avtomobil kənd sakinini sürüyüb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Tağıyev Zabit Sabir oğlunu vuran “Opel”  markalı maşın hadisə yerindən uzaqlaşmaq istəyən zaman Z. Tağıyev avtomobildən yapışıb və maşın bir neçə metr onu yerlə sürüyüb. Xəsarət alan Z. Tağıyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön