Ana Sayfa > Karusel / İdman / M2 > Artıq çəki cəzası, kosmos qadağası, həyat yoldaşı üçün özəl dərs və maket ev - ən qəribə müqavilə şərtləri
Artıq çəki cəzası, kosmos qadağası, həyat yoldaşı üçün özəl dərs və maket ev - ən qəribə müqavilə şərtləri25-06-2017, 11:38. Yazar: Xeberaz |
“Yuventus”un oyunçusu Moise Kinin atası yeni müqavilə qarşılığında Turin təmsilçisindən traktor istəyib. Futbol ictimaiyyətində geniş müzakirə olunan bu hadisə bir sıra maraqlı məqamları yada salıb. Belə ki, futbol dünyasında klubla oyunçular arasında imzalanmış müqavilələrin ən qəribə bəndləri yenidən yada düşüb. Apasport.az saytı ən maraqlı 8 müqavilə şərtini təqdim edir. 8. Tyaqo Silva Çılğınlığı ilə tanınan Tyaqo Silvanı 2012-ci ildə “Milan”dan transfer edən PSJ müqaviləyə “Etik davranmaq məcburiyyəti” başlığı ilə “İctimaiyyətə klub, işçilər və tərəfdarlar haqqında mənfi açıqlamalar verməyəcək. Meydanda və ondan kənarda komanda yoldaşlarına rəqiblərə və hakimlərə davranışı ilə örnək olacaq” maddələrini yazdırdı. 7. Neyl Raddok Artıq çəki problemi ilə tanınan Neyl Raddok 2000-ci ildə “Kristal Pelas”a transfer olarkən klub müqaviləyə “Futbolçu 99.8 kq çəki həddini keçsə, maaşının 10%-i qədər cərimə ödəyəcək” maddəsi qoymuşdu. Raddok 6 ayda 8 dəfə bu cəzanı ödəməli oldu. 6. Cüzeppe Reyna Cüzeppe Reyna 1996-cı ildə gəldiyi “Arminiya Bilefeld”lə anlaşmasına “klub onun üçün hər il bir ev inşa etdirməlidir” maddəsi qoydurdu. Ancaq evin xüsusiyyətləri və ölçülərini də yazdırmaq ağlına gəlməyincə “Arminiya” da klubdan ayrılana qədər ona hər il biri olmaqla 3 ədəd maket ev hədiyyə etdi. 5. Dennis Berqkamp Hollandiyalı ulduz Dennis Berqkamp təyyarə qorxusu səbəbi ilə “Arsenal”la bağladığı müqaviləyə “Komandanın təyyarə ilə getdiyi səfər oyunlarına qatılmağa məcbur deyil” bəndi saldırmışdı. Ancaq buna rəğmən Berqkamp “topçular”ın əfsanələrindən biri oldu. 4. Corc Kox Almaniyalı keçmiş qapıçı Corc Kox 1997-ci ildə PSV-yə transfer oldu. Müqaviləsinə “irqçi şüarlara məruz qalsa, anlaşması təktərəfli pozulacaq” maddəsi qoydurdu. 3 ay içində Hollandiyanı tərk etdi. 3. Rolf-Kristel Quiye-Mayn Konqolu oyunçu 1999-cu ildə “Karsluhe”dən “Ayntraxt”a transfer olarkən həyat yoldaşı üçün özəl yemək bişirmə dərsləri istəmişdi. 2. Ronaldinyo Braziliyalı əfsanə 2014-cü ildə Meksikanın “Queretaro” klubuna transfer olarkən evində hovuz və plyaj istəmiş, bununla bərabər 7x7 nəfərlik futbol meydançası və 4 özəl təyyarə tələb etmişdi. 1. Stefan Şvars 1999-cu ildə “Valensiya”dan “Sanderlend”ə transfer olarkən ingilislər maraqlı addımla diqqət mərkəzinə gəlmişdi. Oyunçunun kosmosa olduqca maraqlı olduğunu bilən klub rəsmiləri 2002-ci ildə başlaması planlaşdırılan kosmos səyahətinə hazırlaşdığı üçün müqaviləyə “kosmosa çıxa bilməz” maddəsi saldırmışdı. Geri dön |