Ana Sayfa > Karusel / Şou-Biznes > Xalq artistinin oğlundan insanı sarsıdan SÖZLƏR - "GÖZLƏRİNDƏN YAŞ GƏLDİ"

Xalq artistinin oğlundan insanı sarsıdan SÖZLƏR - "GÖZLƏRİNDƏN YAŞ GƏLDİ"


25-06-2017, 11:21. Yazar: Xeberaz



Bir neçə gün əvvəl ağır vəziyyətdə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilən xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır. Tanınmış xanəndənin oğlu Hafiz Həmidov anasının səhhətində irəliləyiş olmadığını deyib. Sosial şəbəkədə anasının səhhəti ilə bağlı status paylaşan Hafiz Həmidov iyunun 24-də həkimlərin icazəsi ilə 2 dəfə reanimasiya şöbəsində anasının yanında olduğunu qeyd edib: “Bu gün iki dəfə anamın yanında oldum, mama dedim. Ağlamağımı hiss etdi, gözünü açdı. Əlimi az da olsa sıxdı və gözlərindən yaş gəldi”.
 
Qeyd edək ki, Qəndab Quliyevanın müalicəsinə xarici mütəxəssislər cəlb edilib. Həkimlər ona ürək və böyrək çatışmazlığı, eləcə də ağ ciyərin sətəlcəmi diaqnozu qoyub.



Geri dön