Ana Sayfa > Karusel / Gündəm / İbadət > Ramazan ayının sonuncu gününün duası
Ramazan ayının sonuncu gününün duası25-06-2017, 11:18. Yazar: Xeberaz |
Bu gün Ramazan ayının 30-cu günüdür. İmsaq vaxtı 03-09, iftar isə 20-32-ə təsadüf edir. 30-cu günün duası Allahumməc’əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu’uhi bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-aləmin! Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə xatir. Aləmlərin Rəbbi Allaha həmd olsun! İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Geri dön |