Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Öldürülən Aylanın rəfiqəsinin yaralı fotosu yayıldı + ÖZƏL FOTO

Öldürülən Aylanın rəfiqəsinin yaralı fotosu yayıldı + ÖZƏL FOTO


25-06-2015, 19:41. Yazar: Xeberaz
Öldürülən Aylanın rəfiqəsinin yaralı fotosu yayıldı + ÖZƏL FOTO


Dünən Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov 26 ünvanında kütləvi dava olub. Hadisə nəticəsində Şabran şəhər sakini, 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı bıçaqla qətlə yetirlib.

İlkin ehtimala görə, onu birlikdə yaşadığı keçmiş sevgilisi öldürüb. Dava zamanı hadisə yerində olan digər iki nəfər yüngül yaralanıb.

İlkin versiyalardan biri onun qətlinə səbəb kimi valideynləri ilə uzun müddət onunla aralarında olan problemi göstərilir. Məlumata görə, Ayla valideynlərindən və yaxın qohumlarından gizlənirmiş.

Femida.az-ın məlumata görə, hadisə yerində onunla eyni evdə yaşayan Katrin və Kama ləqəbli yaxın rəfiqələri də olub. Onlar Aylaya kömək etmək məqsədilə otağa keçib. Bu zaman onlara da bıçaq xəsarəti yetirilib. Hadisə zamanı Kama çiynindən, Katrin isə ağzından bıçaq zərbələri alıb.

P.S.Şəkildə olan şəxs Katrin ləqəbli rəfiqəsidir.

Geri dön