Ana Sayfa > Karusel / İdman > Ukrayna millisinin sabiq futbolçusu rəsmən “Qarabağ”da

Ukrayna millisinin sabiq futbolçusu rəsmən “Qarabağ”da


24-06-2017, 19:32. Yazar: Xeberaz

2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.
 
Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.
 
Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan Kanibolotski daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.
 
Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.


Geri dön