Ana Sayfa > Karusel / İdman > Formula-1 Azərbaycan Qran-Prisi: "Mercedes" komandası cərimələndi

Formula-1 Azərbaycan Qran-Prisi: "Mercedes" komandası cərimələndi


24-06-2017, 12:03. Yazar: Xeberaz

"Mercedes" komandasının pilotu Valtteri Bottas iyunun 23-də Formula-1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşləri zamanı sürət həddini pozduğuna görə cərimələnib.
Pilot Pit-yoluna saatda 90,4 kilometr sürətlə daxil olub. Ancaq burada ən yüksək sürət həddi saatda 80 kilometr müəyyənləşib.
Azərbaycan Qran-Prisinin stüardlarının qərarına əsasən, "Mercedes" komandası min avro məbləğində cərimələnib.


Geri dön