Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > Rusiyadan Azərbaycana yeni hərbi texnikalar gətirildi - GÖRÜNTÜLƏR

Rusiyadan Azərbaycana yeni hərbi texnikalar gətirildi - GÖRÜNTÜLƏR


24-06-2017, 11:53. Yazar: Xeberaz


 
 
Azərbaycan ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən, hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.
 
Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək. Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.
Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.


 
 
Geri dön