Ana Sayfa > Karusel / Hadisə > Beyləqanda iki maşın toqquşub, bir nəfər ölüb

Beyləqanda iki maşın toqquşub, bir nəfər ölüb


24-06-2017, 09:52. Yazar: Xeberaz



Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonu, İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
 
Əməliyyat saat 07:45-də başa çatıb.



Geri dön