Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycan vətəndaşları pensiyalarını özləri artıra biləcəklər

Azərbaycan vətəndaşları pensiyalarını özləri artıra biləcəklər


23-06-2017, 15:37. Yazar: Xeberaz

İyun ayının sonunadək Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əmək pensiyaları haqqında" qanun layihəsi çərçivəsində hazırlanmış iki sənədi Prezident Administrasiyasına təqdim edəcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, söhbət sosial sığorta ehtiyatlarının istifadəsi qaydalarından və xüsusi hesaba əlavə vəsaitlərin yerləşdirilməsi qaydalarından gedir.
Nazir deyib:
""Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərə əsasən, hər bir vətəndaşı üçün fərdi hesablar açılır və hər kəs təqaüdə çıxana qədər bu hesablara bank vasitəsilə vəsait yerləşdirə və bu yolla da öz sosial sığorta kapitalını artıra bilər. İkinci sənəd isə fərdi hesaba vəsaitlərin necə yerləşdirilməsi barədə qaydalardır".


Geri dön